Logo

BDU-nun “Psixologiya klubu”nun növbəti buraxılışı olub

30.05.2025 15:30 73 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun “Psixologiya klubu”nun növbəti buraxılışı olub.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib.

Sektorun psixoloqu Natəvan Həsənzadə bildirib ki, iki ay davam edən layihə ərzində tələbələr psixoloji mövzulara dair nəzəri və praktik biliklər eldə ediblər. Tələbələr psixoloji işin düzgün qurulması, psixoterapiya prosesi və psixoloji yardım haqqında ətraflı məlumatlandırılıblar. Layihənin praktik tərəfləri müxtəlif testlər, analitik təhlillər və çalışmalar vasitəsilə aparılıb.

Sonda “Psixologiya klubu”nun iştirakçıları üçün imtahan keçirilib, imtahandan yüksək nəticə toplayan və layihə boyu fəal iştirak edən tələbələr sertifikatla təltif olunublar.

“Psixologiya klubu” növbəti dərs ilində fəaliyyətini davam etdirəcək.

Xəbər lenti