Logo

İkili diplom magistr proqramının məzun sayı 120 nəfərə çatır – Cəfər Cəfərov

29.05.2025 14:28 60 baxış
IMG

“Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə ikili diplom magistr proqramının ümumi məzun sayı 120 nəfərə çatır. 

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə birgə reallaşdırdıqları ikili diplom magistr proqramının IV məzun buraxılışında deyib. 

Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan ali təhsilinin rəqabətqabiliyyətliliyinin artırılması üzrə 2019-2023-cü illər üzrə Dövlət Proqramı” əsasında icra edilən və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə ikili diplom magistr proqramının builki məzunlarının sayı 37 nəfərdir. 

İlk dəfə 2020-ci ildə qəbul aparılan proqram üzrə əvvəlki 3 il ərzində 83 nəfər məzun olub və builki məzunlarla birgə ümumi məzun sayı 120 nəfərə çatır. Bu proqramın ölkəmizin təhsil sistemində mühüm bir yeniliyin təməlini qoyduğunu və Azərbaycan ilə ABŞ arasında akademik əlaqələrin inkişafı, təhsil sahəsində mübadilə və əməkdaşlıq imkanlarının genişləndirilməsi gələcəyin təhsil liderlərini hazırlamaq məqsədi daşıdığını bildirən C.Cəfərov məzunların proqram sayəsində əldə etdikləri bilik və bacarıqların Azərbaycan təhsil sisteminin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.


 

Xəbər lenti