Logo

“Parla” proqramının iştirakçıları “Glensol” müəssisəsinə səfər ediblər

29.05.2025 16:45 63 baxış
IMG

Təhsilin İnkişafı Fondu (TİF) və “NEQSOL Holding” birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının iştirakçıları “NEQSOL Holding”in tərkibinə daxil olan “Nobel Energy” şirkətinin törəmə müəssisəsi olan “Glensol”un əməliyyat sahəsinə səfər etmək imkanı qazanıblar.

TİF-dən TƏHSİL.BİZ -ə bildirilib ki, səfərin təşkilində başlıca məqsəd, iştirakçıların nəzəri biliklərini praktiki təcrübə ilə tamamlamalarına şərait yaratmaq və bu istiqamətdə inkişaflarına töhfə vermək olub.

Sahə səfəri Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏM) üzrə ətraflı məlumatlandırma ilə başlayıb və enerji sektorunda təhlükəsizlik mədəniyyətinin əhəmiyyəti vurğulanıb. Daha sonra iştirakçılar “Glensol”un əsas sahə xidmətləri olan fırlanan avadanlıqlar üzrə mexaniki işlər, diaqnostika və təmir xidmətləri ilə tanış olublar. Təcrübəli mühəndis və texniki heyətin rəhbərliyi ilə iştirakçılar emalatxana sahələrini gəzərək avadanlıqların texniki qulluq prosesləri barədə məlumat əldə ediblər.

Qeyd edək ki, sözügedən proqram çərçivəsində hazırda 86 tələbə qız aylıq təqaüdlə təmin olunur, təcrübə, mentorluq, təlimlərdə iştirak edir, “NEQSOL Academy” və “LinkedIn Learning” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış imkanı qazanırlar.

 

 

 

 

 

Xəbər lenti