Logo

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

30.05.2025 10:34 57 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) 9 tələbəsi “Codelandia” MMC-nin kibertəhlükəsizlik sahəsi üzrə 6 aylıq intensiv təlim proqramı üçün elan edilmiş I və II xüsusi təqaüd proqramlarının qalibi olub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, proqram BDU və “Codelandia” MMC arasındakı əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində həyata keçirilib.

Təlim proqramı beynəlxalq təcrübə əsasında hazırlanıb və real hücum simulyasiyaları praktiki tapşırıqlar ilə təkmilləşdirilərək, tələbələrin sahəyə tam hazır mütəxəssis kimi yetişməsinə imkan yaradır. Proqramın sonunda uğurlu tələbələrin beynəlxalq sertifikata çıxışı təmin olunur.

Qeyd edək ki, müraciətlər aktivdir və hazırda da növbəti qruplar üçün tələbələrin qəbulu davam edir.

Xəbər lenti