Logo

“Bəxtiyar Vahabzadə poeziyasında ana dili sevgisi” - elmi sessiya

30.05.2025 15:29 69 baxış
IMG

Mayın 30-da “Bəxtiyar Vahabzadə poeziyasında ana dili sevgisi” mövzusunda elmi sessiya keçirilib. Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Bəxtiyar Vahabzadənin yalnız söz ustası kimi deyil, eyni zamanda, ana dilinin keşiyində dayanan bir ziyalı kimi ədəbi və ictimai fəaliyyətindən bəhs edib.

Bu barədə TƏHSİL.BİZ -ə Dilçilik İnstitutundan bildirilib. Professor çıxışında vurğulayıb ki, B.Vahabzadənin yaradıcılığı Azərbaycan dilinin saflığının, onun ucalığının və bənzərsizliyinin tərənnümüdür. Onun poetik irsi nəsillərə tükənməz bir xəzinə, yol göstərən bir mayakdır.

Professor çıxışının sonunda dahi şairin şeirindən sitat gətirərək fikirlərini tamamlayıb.

Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,

Bunu iftixar bilən modalı ədabazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar

Bunlar qoy mənim olsun.

Ancaq vətən çörəyi,

Sizlərə qənim olsun!

Daha sonra institutun alimləri - professor İsmayıl Məmmədli “Bəxtiyar Vahabzadə yaradıcılığında dil sənətkarlığı”, dosent Nərgiz Hacıyeva “Bəxtiyar Vahabzadə yaradıcılığında daxili nitq”, dosent Təhminə İsmayılova “Bəxtiyar Vahabzadə poeziyasının leksik-semantik sistemi” və filologiya üzrə fəlsəfə doktoru Leyla Yusifova “Bəxtiyar Vahabzadə yaradıcılığında dialektika qanunlarının əksi” mövzularında məruzələrlə çıxış ediblər.

Xəbər lenti