Beynəlxalq reytinq təşkilatı Round University Ranking (RUR) 2025-ci ilin nəticələrini açıqlayıb.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, 2025-ci ilin nəticələrinə əsasən, müvafiq reytinqdə ölkəmiz üzrə 15 ali təhsil müəssisəsi yer alıb. Nəticələrə əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti ilk dəfə bu reytinqə daxil olaraq, dünya universitetləri reytinqinə görə 1148-ci (ölkə üzrə 11-ci), tədrisə görə 961-ci (ölkə üzrə 7-ci), tədqiqata görə 1207-ci (ölkə üzrə 13-cü), beynəlmiləlləşməyə görə 752-ci (ölkə üzrə 2-ci) pillədə yer alıb.
Qeyd edək ki, RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmiləlləşmə (10 faiz) və maliyyə dayanıqlılığı (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.