Logo

BANM-də "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində görüş keçirilib

02.06.2025 16:11 83 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili siyasəti şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə 2025-ci il mayın 23-də Bakı Ali Neft Məktəbində ali təhsil sisteminin inkişaf perspektivlərinə dair növbəti işçi görüş keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, görüşdə Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, eləcə də bəzi tələbə və məzunları iştirak ediblər.

Tədbirin əsas məqsədi ali təhsildə mövcud problemlərin, onların həlli yollarının və gələcək inkişaf istiqamətlərinin geniş müzakirəsi olub. Görüşdə BANM-in məsul şəxsləri fəal iştirak edərək ali təhsildə idarəetmənin səmərəliliyinin artırılması, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

BANM-in rektoru Elmar Qasımov çıxış edərək Elm və Təhsil Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirib və belə formatda keçirilən görüşlərin ali təhsil müəssisələrinin inkişafında böyük rol oynadığını bildirib. O, görüş çərçivəsində qonaqları BANM-in maddi-texniki bazası, müasir laboratoriyaları və tədris imkanları ilə tanış edib, praktiki hazırlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

 

 

 

 


 

Xəbər lenti