24 may tarixində keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, şagirdlər imtahan nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.
Ölkənin müxtəlif şəhər və rayonlarında təşkil olunmuş olimpiadanın final turunda ən yüksək nəticə göstərmiş 36 nəfər məktəbli iştirak hüququ əldə edib. Final mərhələsi 10 iyun 2025-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində keçiriləcək. Finalda iştirak edəcək şagirdlər saat 10:00-da imtahan mərkəzində olmalıdırlar. İmtahana buraxılış şəxsiyyət vəsiqəsi ilə mümkün olacaqdır.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Müvafiq keçidə daxil olmaqla final mərhələsində iştirak hüququ qazanan şagirdlərin adlı siyahısı ilə tanış ola bilərsiniz:
Final mərhələsinin iştirakçıları