Logo

Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək

02.06.2025 17:15 96 baxış
IMG

Bu günlərdə Azərbaycan Tibb Universiteti (ATU) və V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, keçirilən görüşdə Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli tərəfindən imzalanmış sənəd beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev tərəfindən institutun direktoru professor Adil Allahverdiyevə təqdim edilib. 

Görüş zamanı professor Adil Allahverdiyev ATU-nun nümayəndə heyətini institutun elmi-tədqiqat laboratoriyaları, klinik və biokimya laboratoriyaları, kitabxana, poliklinika, intensiv terapiya və digər şöbələri ilə tanış edib və qonaqlara institutun elmi potensialı haqqında geniş məlumat təqdim edib.

Qeyd edək ki, memorandumun imzalanması mərasimində həmçinin ATU-nun Elmi-tədqiqatların idarəolunması departamentinin rəhbəri, professor Eldar Qarayev və Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti İlkin Nəsirli iştirak ediblər. 

Daha sonra tərəflər arasında əməkşadlıq istiqamətləri haqqında müzakirələr aparılıb.

 

 

 

 


 

Xəbər lenti