Logo

Məktəblərdə “İnsan hüquqları aylığı” ilə bağlı tədbirlər keçirilir

03.06.2025 11:44 85 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir.

Bu barədə TƏHSİL.BİZ -ə BŞTİ-dən məlumat verilib. 

“İnsan hüquqları aylığı” çərçivəsində təhsil müəssisələrində keçirilən tədbirlərin əsas məqsədi insan hüquqlarını şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır. Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır. 

Həmçinin respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və bu sahədə  əldə  edilmiş nailiyyətlərdən bəhs olunur. Hər bir insanın öz hüquqlarını bilməsinin və cəmiyyətdə insan hüquqlarının təşviqi məsələsinin vacibliyi şagirdlərin nəzərinə çatdırılır.

 

 

 

 


 

Xəbər lenti