Logo

Agentlik: Bu il XI sinfi 116 min 222 şagird bitirir

03.06.2025 14:47 85 baxış
IMG

2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 min 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 min 222 nəfər şagird məzun olacaq.

Bu barədə TƏHSİL.BİZ -ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb. Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına iyunun 14-20-də, ümumi orta təhsil haqqında attestatların isə iyunun 23-28-də təqdim edilməsi planlaşdırılır.

Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər.

Agentlik bir daha xatırladır ki, təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.

Xəbər lenti