Logo

Biləsuvar Təhsil Kompleksində Kembric kurikulumunun tətbiqinə başlanılır

05.06.2025 08:31 89 baxış
IMG

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi artıq dünyanın 160-dan çox ölkəsində milyonlarla şagirdin təhsil aldığı 10.000-dən artıq Kembric məktəbindən biri olub.

TƏHSİL.BİZ  xəbər verir ki, 150 illik tarixi olan bu təhsil proqramı Kembric Universitetinin yaratdığı təhsil modelidir.

Kompleksdə ilkin mərhələdə 5-11 yaş arası şagirdlər (məktəbəqədər – V sinif) Kembric kurikulumu əsasında təhsil alacaqlar.

Qeyd edək ki, tədrisi yalnız ingilis dilində aparılan Kembric proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə sistemi, effektiv və yenilikçi tədris metodları, eləcə də müasir tədris infrastrukturu tələb olunur.

Xəbər lenti