Logo

ARTİ-nin şöbə müdiri Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının xarici üzvü seçilib

05.06.2025 10:28 66 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor Hümeyir Əhmədov Qazaxıstanda nüfuzlu elmi titula layiq görülüb.

TƏHSİL.BİZ  xəbər verir ki, Hümeyir Əhmədov 23 may 2025-ci ildə Almatı şəhərində keçirilən Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının 30-cu yaz sessiyasında xarici üzvü seçilib və ona akademiyanın xarici üzvü seçilməsi haqqında müvafiq diplom və üzvlük vəsiqəsi təqdim olunub. Bildirilib ki, o bu akademiyaya seçilən ilk azərbaycanlı alimdir.

Hümeyir Əhmədov, eyni zamanda, Rusiya Təhsil Akademiyasının xarici üzvü və əməkdar elm və təhsil xadimi, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, Təhsilin İnformasiyalaşdırılması Akademiyasının, Təbiət Elmləri Akademiyasının, Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Hüquq Elmləri Akademiyasının akademikidir.

Xəbər lenti