Logo

Aqrar Universitetdə “Məzun günü” keçirilib

05.06.2025 13:51 77 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik tədris korpusunun qarşısında “Məzun günü” tədbiri keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov məzunları təbrik edərək, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Rektor deyib ki, tələbələr universitetdə əldə etdikləri bilik və bacarıqlara arxalanaraq gənc mütəxəssis kimi Vətənə şərəflə xidmət etməyi özünə borc bilməlidirlər.

Çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov da təbrik və tövsiyələrini məzunların diqqətinə çatdırıb.

Sonra hər bir fakültə üzrə ali təhsil müəssisəsinin ən yüksək ortalama bal ilə bitirən məzunlara təşəkkürnamə və qiymətli hədiyyələr verilib.

Həmçinin Azərbaycan Dövlət Aqrar Universitetindən ən yüksək ortalama bal ilə məzunun adı fəxri kötüyə həkk olunub.

Rəsmi hissədən sonra tədbir əyləncəli konsert proqramı ilə davam edib. Bir-birindən maraqlı yarışlar, müğənni, DJ çıxışları və rəqs qruplarının nömrələri tədbirə xüsusi rəng qatıb.

Sonda tədbir atəşfəşanlıq ilə başa çatıb.

 


 

Xəbər lenti