Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi bu gün saat 12:12 radələrində, tənəffüs vaxtı təhsil müəssisəsinin 3-cü mərtəbəsindən yıxılıb.
Bu barədə TƏHSİL.BİZ -ə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağrılıb, şagird tibb müəssisəsinə aparılıb. Məktəbliyə tibb müəssisəsində müvafiq tibbi yardım göstərilir.
"Məktəbin direktoru tibb məntəqəsində şagirdə baş çəkib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda araşdırma aparılır.
Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - deyə məlumatda qeyd olunub.