Logo

Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu öz işinə başlayıb

02.06.2025 10:23 107 baxış
IMG

Bu gün Qarabağ Universitetində Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu öz işinə başlayıb. Forum Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və bir sıra tərəfdaş qurumların birgə təşkilatçılığı ilə həyata keçirilir. 

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xüsusi nümayəndələr və müxtəlif sektorların nümayəndələri iştirak edir. Forum çərçivəsində Qarabağ Universiteti tələbələri üçün geniş təqaüd proqramı ilə bağlı sənədlərin imzalanması da gözlənilir.

Qeyd edək ki, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunun keçirilməsində məqsəd azad olunmuş ərazilərdə təhsilin inkişafı və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

Xəbər lenti