Logo

MDU tarixində ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır

02.06.2025 14:33 84 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin yaz imtahan sessiyası başlayıb.

TƏHSİL.BİZ  xəbər verir ki, universitet tarixində ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır. İmtahanların obyektiv və şəffaf keçirilməsi üçün bütün hazırlıq işləri görülüb.

MDU-da imtahan sessiyası 2 iyun – 4 iyul 2025-ci il tarixlərini əhatə edəcək.

Sessiya ərzində universitetin bakalavriat təhsil səviyyəsi üzrə əyani formasında 3174 tələbənin ümumilikdə 801 imtahan verməsi nəzərdə tutulub. Magistratura səviyyəsi üzrə isə 174 magistrant 112 fəndən imtahan verəcək. 

İmtahan dövründə yarana biləcək hər hansı bir problemi operativ şəkildə həll etmək məqsədilə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və Qaynar Xətt – ( (010) 410 31 03 ) tələbələrin müraciətlərini qəbul etmək üçün fəaliyyət göstərəcək.

 

 

 

 


 

Xəbər lenti