Logo

Cəfər Təyyarın tərcümə prinsiplərinə dair monoqrafiya nəşr olunub

05.06.2025 13:52 69 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Multidisiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Elnurə Babayevanın “Cəfər Təyyarın tərcümə prinsipləri (Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsəri əsasında)” monoqrafiyası işıq üzü görüb. Kitabda yer alan geniş “Ön söz”ün müəllifi də E.Babayevadır.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsəri Yaxın və Orta Şərqdə əruz elminin öyrənilməsi baxımından ən çox sevilən və oxunan əsərlərdən biri sayılır. Bu əsərin Cəfər Təyyar tərəfindən türk dilinə tərcüməsinin tədqiqi bölgədə və ümumilikdə Türk dünyasında əruzşünaslıq və qafiyəşünaslıq elminin tədrisində böyük əhəmiyyət kəsb etdiyi kimi, bu tipli mürəkkəb quruluşlu əsərlərin araşdırılmasına örnək olmaq nöqteyi-nəzərindən də önəmlidir.

Yeni nəşrin elmi redaktorları professor Tərlan Quliyev və Rüxsarə Məmmədova, rəyçisi isə Hacı Rauf Şeyxzamanlıdır.

Xəbər lenti