Logo

BANM tələbələri “BankTech” hakatonunda uğur qazanıblar

05.06.2025 12:18 69 baxış
IMG

Azərbaycan-Fransız Universiteti (UFAZ) və “PAŞA Bank” ASC-nin birgə təşkilatçılığı ilə keçirilmiş 48 saatlıq “BankTech” Hakatonunda Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri böyük uğura imza atıblar.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, 170-dən çox komanda arasından seçilən 15 finalçı arasında yarışaraq “Zengezur BHOS” komandası üçüncü yerin qalibi olub.

Komandanın üzvləri biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan III kurs tələbələri Çingiz Məmmədov, Qüdrət Abbaslı və informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan I kurs tələbəsi Vüsal Hüseynov və II kurs tələbəsi Mehin Əliyevadır.

Komanda real vaxtda şübhəli əməliyyatları müəyyənləşdirən və qarşısını alan avanqard fırıldaqçılıq aşkarlama sistemi üzrə innovativ həll hazırlayıb.

Tələbələr 1000 manat dəyərində mükafat və “PAŞA Bank”ın “ZirvədəSən” təcrübə proqramında iştirak imkanı qazanıblar.

Komandanın mentoru BANM-in İnnovasiya və tədqiqatlar mərkəzinin rəhbəri Emiliya Əhmədovadır.

Xəbər lenti