5 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə;
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.