Logo

Xalq artisti Samir Cəfərov NDU-da tələbələrə ustad dərsi keçib

11.06.2025 12:03 83 baxış
IMG

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış vokal ustadı Samir Cəfərov Naxçıvan Dövlət Universiteti və universitet nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin Vokal sənəti ixtisasının tələbələrinə ustad dərsi keçib. 

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, ustad dərsində tələbələrlə vokal texnikalarının təkmilləşdirilməsi, səhnə mədəniyyətinin formalaşması istiqamətində praktik məşğələlər aparılıb. Samir Cəfərov düzgün nəfəs texnikası, konsertmeysterlə işin öyrənilməsi, eləcə də ifa üçün uyğun əsər seçiminin əhəmiyyəti kimi məsələlər barədə geniş izahlar verib. 

Dərs zamanı tələbələr klassik və estrada janrında bir sıra əsərləri ifa ediblər. Belə ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Tofiq Quliyevin “Axşam mahnısı”, Francesco Durantenin “Vergin tutto amor”, Eduardo di Capuanın məşhur “O Sole Mio”, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyası və digər vokal məktəbinə aid dəyərli əsərlər üzərində praktik məşğələlər aparılıb.

 

 

 

 


 

Xəbər lenti