Logo

Xaçmazda məktəbin siniflərdən birinin döşəməsində çökmə qeydə alınıb

11.06.2025 15:49 81 baxış
IMG

İyunun 11-də Xaçmaz rayonu Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birinin döşəməsində çökmə qeydə alınıb.

Bu barədə TƏHSİL.BİZ -ə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Xəbər lenti