Logo

“BilBacar” müsabiqəsinin qalibləri elan olundu

10.06.2025 14:08 80 baxış
IMG

2024-cü ilin oktyabr ayından etibarən davam edən “BilBacar” müsabiqəsinin qalibləri bəlli oldu. Finalçılar öz hesablarına daxil olaraq final imtahanında topladıqları balı görə bilərlər.

TƏHSİL.BİZ xəbər verir ki, əvvəlcədən elan olunduğu kimi müsabiqədə iki kateqoriya – “ən fəal iştirakçılıq” və “ən yaxşı nəticə” kateqoriyaları üzrə qalib məktəblər də seçilib.

“Ən fəal iştirakçılıq” nominasiyası üzrə qalib məktəblər aşağıdakılardır:

  • Oğuz rayonu, Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbi,
  • Oğuz rayonu, Bayan kənd tam orta məktəbi,
  • Oğuz rayonu, Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbi,
  • Şamaxı rayonu, Ağadur Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbi,
  • Quba rayonu, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi,
  • Xaçmaz rayonu, Tarverdi Bayramov adına Müşkür kənd tam orta məktəbi,
  • Sumqayıt şəhəri, humanitar və təbiət-riyaziyyat təmayüllü ‘İstedad’ liseyi,
  • Quba şəhəri, Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəb,
  • Xaçmaz şəhəri, İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb,
  • Siyəzən şəhəri, Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəb.

“Ən yaxşı nəticə” nominasiyası üzrə qalib məktəblər aşağıdakılardır:

  • Sumqayıt şəhəri, təbiət elmləri təmayüllü gimnaziya,
  • Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü lisey,
  • Oğuz şəhəri, Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey,
  • Ağdaş şəhəri, Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya,
  • Lənkəran şəhəri, Səidəli Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü lisey,
  • Şəki şəhəri kimya və biologiya təmayüllü lisey,
  • Sumqayıt şəhəri, Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi,
  • Zaqatala şəhəri, Şixamir Qaflanov adına humanitar fənlər gimnaziyası,
  • Gəncə şəhəri, İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-lisey,
  • Sumqayıt şəhəri, Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəb.

Xatırladaq ki, qaliblər 8, 9 və 10-cu siniflər üzrə ayrı-ayrı seçilib.

 

 

Xəbər lenti