Logo

Rektor: UNEC elmi jurnallardakı məqalələrinin sayına görə ölkədə liderdir

12.06.2025 11:16 109 baxış
IMG

2024-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşlarının “Web of Science” platformasında 662 elmi məqaləsi yerləşdirilib və bu məqalələrə 3432 istinad olunub.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı məlumat verib. 

Rektor bildirib ki, 2020–2024-cü illərdə UNEC əməkdaşlarının “Web of Science” platformasında yerləşdirdiyi məqalələr Azərbaycan universitetləri üzrə ümumi məqalələrin 19 faizini təşkil edib.

Onun sözlərinə görə, təkcə 2024-cü ildə “Web of Science” və “Scopus” platformalarında yerləşdirilmiş məqalələrə görə UNEC-in payı 22.7 faiz olub. Bu dövrdə xarici tədqiqatçıların iştirakı ilə 574 birgə müəllifliklə yazılmış məqalə dərc edilib.
“Scopus” bazasında isə 2024-cü ildə UNEC əməkdaşlarına məxsus 845 elmi məqalə yerləşdirilib və bu məqalələrə 6374 istinad verilib. Rektor əlavə edib ki, 2024-cü ildə Q1 səviyyəli elmi jurnallarda yerləşdirilmiş məqalələrin sayı 484, Q2 səviyyəli jurnallarda yerləşdirilmiş məqalələrin sayı isə 154 olub. UNEC bu göstərici üzrə də ölkədə lider mövqedədir.
Ədalət Muradov qeyd edib ki, 2024-cü ilin ikinci yarısından universitet elmi fəaliyyətin daha da genişləndirilməsi istiqamətində yeni mərhələyə keçib.


 

Xəbər lenti