Logo

Bakıda keçiriləcək beynəlxalq sammitdə 50-dən çox spiker çıxış edəcək

11.06.2025 14:45 77 baxış
IMG

50-dən çox beynəlxalq spiker “Avrasiya Universitetlərinin Sammiti”ndə Bakıda çıxış edəcək.

TƏHSİL.BİZ  xəbər verir ki, 24-25 sentyabr tarixlərində Bakıda keçiriləcək (THE) “Avrasiya Universitetlərinin Sammiti”ndə ali təhsil sahəsində nüfuzlu liderlər, tədqiqatçılar və ekspertlər bir araya gələcək. Sammitdə 50-dən çox beynəlxalq və regional spiker çıxış edəcək.

Tədbir Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Times Higher Education (THE) təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunur.

Sammit Avrasiya regionunun ali təhsil müəssisələri arasında qlobal tərəfdaşlıqların qurulması, transsərhəd tədqiqat təşəbbüslərinin təşviqi və beynəlxalq reytinqlərdə iştirak imkanlarının müzakirəsi üçün mühüm platformadır.

İlkin elan olunmuş spikerlərin siyahısı: https://www.timeshighered-events.com/.../4647193/speakers

Sammit barədə ətraflı məlumat və qeydiyyat: https://www.timeshighered-events.com/.../464.../book-tickets

 

 

 

 

Xəbər lenti