Logo

Həsən Həsənli: Ali təhsildə əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir

12.06.2025 11:25 68 baxış
IMG

“Təhsilin inkişafı və gələcək nəsillərin qarşıdakı çağırışlara hazır olması üçün atılan addımlar çox önəmlidir. Məktəblərdə şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, onların yeni dövrün tələblərinə uyğun yetişdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu tip layihələr və təlimlər uşaqlarda özlərinə inam hissini formalaşdırır və bu da uzunmüddətli dövrdə həm əmək bazarına, həm də ölkənin iqtisadi və sosial inkişafına ciddi töhfələr verir”.

TƏHSİL.BİZ xəbər verir ki, elm və təhsil nazirinin müavini Həsən Həsənli bu fikri VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı səsləndirib.

O bildirib ki, ali təhsil sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir: “Sevindirici haldır ki, obyektiv göstəricilərlə ölçülən bu reytinqlərdə artıq bəzi nəticələr əldə olunub və yaxın günlərdə daha yeni uğurların açıqlanması gözlənilir”.

Həsən Həsənli əlavə edib ki, COP29-dan sonra baş verən təhsil transformasiyası, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq qiymətləndirmələrə iqlim dəyişikliyi, yaşıl enerji və davamlılıq kimi mövzuların inteqrasiyası bu dəyişikliyin bariz nümunəsidir. Bu təşəbbüs artıq dəstək qazanıb və 2025-ci ildə rəsmi şəkildə tətbiqi planlaşdırılır”.

Xəbər lenti