Logo

BDU alimlərinin məqaləsi nüfuzlu jurnalda çap edilib

15.09.2021 16:25 428 baxış
IMG

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin əməkdaşları dosent Fərid Nağıyev, dosent Əli Xəlilov və professor İbrahim Məmmədovun “Crystal structure and Hirshfeld surface analysis of (Z)-2-amino-4-(2,6-dichlorophenyl)-5-(1-hydroxyethylidene)-6-oxo-1-phenyl-1,4,5,6-tetrahydropyridine-3-carbonitrile” məqaləsi nüfuzlu  “Acta Crystallographica” jurnalında i çap edilmişdir.

Farid N. Naghiyev, Anastasiya V. Pavlova, Victor N. Khrustalev, MehmetAkkurt, Ali N. Khalilov, Anzurat A. Akobirshoeva and İbrahim G. Mamedov. Crystal structure and Hirshfeld surface analysis of (Z)-2-amino-4-(2,6-dichlorophenyl)-5-(1-hydroxyethylidene)-6-oxo-1-phenyl-1,4,5,6-tetrahydropyridine-3-carbonitrile. Acta Crystallographica Section E (2021). E77, Pages 930-934.

https://doi.org/10.1107/S2056989021007994

Məqalədə (Z)-2-amino-4-(2,6-dixlorofenil)-5-(1-hidroksietilidene)-6-okso-1-fe­­nil-1,4,5,6-tetrahidropiridin-3-karbonitrilin kristal quruluşu və Hirşfeld səth analizi həyata keçi­ril­miş­dir. Müəyyən olunmuşdur ki, quruluş molekuldaxili O—H×××O rabitələrinin hesabına stabilləşir. Mərkəzi piridin halqası demək olar ki, planar quruluşdadır (maksimum kənara çıxma 0.074 (3) Å təşkil edir). Piridin halqası fenil və dixlorofenil halqaları ilə, müvafiq olaraq, 86.10 (15) və 87.17 (14)0 dihedral bucaqlar əmələ gətirir. Bu aromatik halqalar isə bir-birinə nəzərən fəzada 21.28 (15)0 bucaq altında yerləşir. Strukturda olan C(—OH)CH3 qrupu koplanardır. Kristal qəfəsdə molekullar arası  N—H×××N və C—H×××N, həmçinin, H×××π və C—H×××π qarşılıqlı təsirlərinin hesabına üçölçülü şəbəkə formalaşır.

Xəbər lenti