"Sovet dönəmində təhsilin, xüsusən də dərsliklərin keyfiyyəti dövlətin xüsusi diqqətində idi".
Bu sözləri "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov deyib.
O bildirib ki, 1982-ci ildə akademik Pontryagin Sov.İKP-nin orqanı olan "Kommunist" jurnalında məktəb riyaziyyat dərsliklərinin bərbad vəziyyətdə olması barədə geniş təhlil xarakterli məqalə yazmışdı:
"Bu məqalə SSRİ-nin elm və təhsil dairələrində böyük sensasiyaya səbəb oldu. Bir çox akademik və təhsil dairələrində məqalənin müzakirəsi oldu. Məqalə SOV. İKP Siyasi Bürosunda müzakirəyə çıxarıldı və qərar qəbul edildi. Tezliklə məktəb riyaziyyat dərslikləri yeni proqram əsasında yazılmış daha keyfiyyətliləri ilə əvəzləndi. Təhsilə qayğı, məncə, belə olmalıdır".
"Əgər məzunların 70 %-i 150 bal yığırsa, 4000 yeni məktəb binası tikməyinin nə mənası var? Elm və Təhsil Nazirliyinin "bizə təkliflər verin, problemləri qaldırın, məişət səviyyəsində olan məsələləri hallandırmayın" kimi çağırışlarının davamı ilə verilən təkliflər havada qalacaqsa, hansı inkişafa ümid edə bilərik?", - dosent qeyd edib.
Mərcanə Əsədova