Logo

Qıpçaq abidəsi haqqında ilk monoqrafiya çapdan çıxıb

25.03.2023 11:32 289 baxış
IMG

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyevin “Codex Cumanicus” və kuman dilinin leksikası” monoqrafiyası çap olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, monoqrafiya XIII-XIV əsrlərdə Krım bölgəsində italyanlar tərəfindən latın əlifbasında tərtib edilmiş “Codex Cumanicus” lüğətinin kuman (qıpçaq) leksikasının tədqiqinə həsr olunub. O dövrün nadir və həcmli lüğətlərindən olan “Codex Cumanicus” qıpçaq türklərinin dili ilə yanaşı, mədəni və məişət həyatını öyrənmək üçün də xeyli qiymətli material ehtiva edir.

Kitabda “lüğətin dilində işlənmiş leksik vahidlər tarixi dilçilik prizmasından təhlil edilir, milli leksikanın nisbəti müəyyən edilir, alınma sözlərin qıpçaq dilinə keçdiyi dövrlərə və dilə gəlmə səbəblərinə toxunulur. Həmçinin kuman lüğətinin tematik bölgüsü verilir, dini leksika, dini məna yüklənmiş milli sözlər, kumanların məişət həyatında xəzərlərin izləri, qədim türk inanclarının dildə qalıqları kimi məsələlər tədqiqata cəlb edilir. Eyni zamanda kuman dilində söz yaradıcılığı müxtəlif aspektlərdən işıqlandırılır. Ölkəmizdə bu sahədə ilk sistemli elmi araşdırma hesab edilən monoqrafiyanın elmi redaktorları professorlar Nadir Məmmədli və İsmayıl Kazımovdur.

Monoqrafiya görkəmli türkoloq, mərhum professor Məmmədəli Novruzovun əziz xatirəsinə həsr olunub.

Xəbər lenti