Logo

BDU alimi metal nanohissəciklərin bioloji sintezinə dair tədqiqatlar aparıb

01.06.2023 11:38 205 baxış
IMG

Bakı Dövlət Universitetinin  (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Bioloji/kimyəvi əsaslı metal nanohissəciklərin sintezi, xarakteristikası və ətraf mühitə tətbiqi” (Biological/chemical-based metallic nanoparticles synthesis, characterization, and environmental applications”) adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 5.545) “Frontiers in Chemistry" jurnalında çap olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Məqalədə metal nanohissəciklərin bioloji sintezindən bəhs edilir. Müəlliflər icmal məqalədə bu istiqamətdə yerli və xarici alimlərin işlərinə istinad verərək, alınan elmi nəticələri müqayisəli analiz edib, müsbət tərəflərini və qarşıya çıxa biləcək problemləri işıqlandırıblar.

Nanohissəciklərin müxtəlif sintez üsulları olsa da, bioloji üsul ekoloji cəhətdən təmiz və təhlükəsiz üsuldur. Nanohissəciklər günümüzdə elmin fərqli sahələrində, xüsusən də tibbdə geniş tətbiq edilir, onların səmərəli üsulla sintezi olduqca aktual məsələdir.

Xəbər lenti