Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində “Cinema klub”un açılışı olub.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, tədbirdə gənclərin film sənətinə marağını artırmaq və kinosevərləri bir araya gətirmək məqsədilə yaradılan klubun fəaliyyət istiqamətləri, o cümlədən kluba üzvlüklə bağlı məlumatlar diqqətə çatdırılıb. Bildirilib ki, klub müxtəlif mövzularda yerli və xarici filmlərin nümayişini təşkil etməklə, tələbələrdə bədii-estetik zövqü formalaşdıracaq, onlarda müsbət dəyərlər aşılayacaq, eləcə də ayrı-ayrı ölkələrin film sənayesinin inkişafı ilə bağlı maariflənmələrini təmin edəcək.
Sonra məşhur Amerika rejissoru Kris Kolambusun yaradıcılığından bəhs olunub, onun çəkdiyi müxtəlif filmlərdən fraqmentlər nümayiş etdirilib, habelə burada toxunulan problemlər, verilən mesajlar ətrafında maraqlı müzakirələr aparılıb.
Qeyd edək ki, hazırda BMU THİK nəzdində 20-dən artıq tələbə klubu aktiv fəaliyyət göstərir.