Logo

Birinci Türkoloji Qurultayın yubileyi ilə bağlı zirvə tədbiri gələn il iyunun sonu – iyulun əvvəlində keçirilə bilər

05.12.2025 11:26 96 baxış
IMG

Birinci Türkoloji Qurultayın yubileyi ilə bağlı zirvə tədbirinin gələn il iyunun sonu – iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur. Tədbirin Qazaxıstanda da təşkil olunması xüsusi əhəmiyyət kəsb edir.

AMEA-dan TƏHSİL.BİZ-ə bildirilib ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə görüşündə söyləyib.

Akademik İsa Həbibbəyli, həmçinin Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli və digər ziyalıların iştirakı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair geniş müzakirələr aparıldığını qeyd edib.

Xəbər lenti