Logo

Məşhur yazıçı və şair vəfat etdi

08.06.2021 13:14 391 baxış
IMG

Məşhur yazıçı və şair Yelena Stefanoviç vəfat edib.

 

Milli.Az xəbər verir ki, bununla bağlı xəbəri mərhumun oğlu sosial şəbəkədə paylaşıb:

 

"Öldü" yazmaq istəmirəm, sakitcə özündən sonra qapını bağladı. Artıq onun üçün kədərin olmadığı başqa həyat başlayır", - deyə oğlu Maksim yazıb.

 

69 yaşlı qadının xəstəliyinin səbəbi açıqlanmır. Onlarla kitab müəllifi olan şairin sözlərinə mahnılar da bəstələnib.

Xəbər lenti