Logo

Dünyanın ən qədim, sirli və qeyri-adi kitabxanaları

03.11.2020 10:51 1196 baxış
IMG

Bu gün də dünyanı heyrətə salan kitabxanaların necə formalaşması çoxlarında maraq yaradır.

 

Ən qədim kitabxanaların qədim Mesopotamiyaya, Şumerlərə  aid olduğu güman edilir. Həmin kitabxanaların əsasını mixi yazılı gil lövhələr və saray arxivləri təşkil edib. Kitabxanalarda nəqletmə, təhkiyə əsaslı mətnlərdən ibarət əlyazmalar daha, ox idi. Bu ənənə  qədim Şərqdə artıq o vaxtdan bərpa edilmişdi. Bunu Ölü dənizdəki Sina və Misirdəki Ras Şamra tapıntılarda aşkarlanan İncil rəvayətləri də sübut edir.

 

Dünyanın ən qədim kitabxanası qədim Romaya aid olan Selsi kitabxanasıdır. Selsi kitabxanası özündə 12 min qədim bağlama saxlayır və böyük Selsiyə qəbir kimi xidmət etdi. Kitabxana məqbərə üçün kifayət qədər qeyri-adi yerdir-Selsini burada basdırma onun üçün xüsusi şərəf idi. Bu Qədim Dünyanın kitabxanaları içində böyüklükdə İsgəndəriyyədəki kitabxanadan sonra ikinci yerdədir.

 

Bina qədim Roma kitabxanasının bəzi qorunmuş nümunələri kimi məşhurdur və sübut edir ki, ictimai kitabxanalar yalnız Romada tikilməyib, həmçinin Roma imperiyasının bütün ərazisində tikilib. Burada olan fasad bərpa edilmişdi və indi Roma ictimai memarlığının əsas nümunəsi kimi xidmət edir.

 

İsgəndəriyyə

 

Qədim kitabxanalardan danışmış ikən Misirin, xüsusən də, İsgəndəriyyənin adını çəkməmək insafsızlıq olardı.

 

İsgəndəriyyə eradan əvvəl 297-ci ildə böyük alim Ptololney tərəfindən təsis edildi. Ptolomey bütün insnalara həqiqəti və elmi çatdırmaq istətyirdi. Odur ki, dünyanın hər yerindən dəyərli kitabələri, yazılı mənbələri almağa cəhd edirdi. Yeni qurulan İsgəndəriyyə kitabxanası yunan-Roma  filosof və şairləri Axilles, Evripid, Sofoklun əsərləinin orijinalını gümüş qarşılığında alır, onları özündə saxlayır, müəlliflərə isə yalnız surətlərini göndərirdilər. Həmin əlyazmalar rulon formasına salınır və xüsusim oyuqlarda saxlanırdı. Bir neçə ildən sonra İsgəndəriyyədəki rulonların sayı 750 mindən artıq idi. Çox təəsüflər olsun ki, Şərqin elm və mədəniyyət deposu olan İsgəndəriyyə bir neçə dəfə hücuma məruz qaldı və yanıdırıldı. 2001-ci ildə YUNESKO-nun xüsusi mədəni irs siyahısına salınan kitabxana yenidən təsis edildi hazırda dünyanın ən böyük on kitabxanasının sırasında onun da adı var. Həmin siyahıda olan digər kitabxanalar isə bunlardır:

 

Ən qeyri-adi kitabxanalar:

 

1. Vaşinqtonda Mərkəzi Kitabxanası - öz müasir və mürəkkəb görünüşü ilə turistləri heyran edir. Kitabxananı ziyarət etmək üçün dünyanın hər yerindən turistlər axın edir. Kitabxana holland memar Rem Koolhas və amerikan layihəçi Coşa Ramus tərəfindən hazırlanıb.

 

 2. Dublində Üçlük Kollec Kitabxanası - İrlandiyanın ən qədim kitabxanalarından biridir. 1592-ci ildə Kraliça Elizabet tərəfindən əsası qoyulub. Kitabxana yalnız xarici görkəmi ilə valehedici deyil, həm də 200.000-dən çox qədim kitabın saxlandığı və dünyada “Uzun Otaq”(“Long Room”) kimi tanınan tək bir otağa malikdir.

 

3. Doktor Seuss kimi tanınan Teador Giesel adını daşıyan Kaliforniya Universitet kitabxanası - Kitabxana ilk baxışdan kosmik gəmiyə bənzəyir. Kitabxananın layihəsi 1970-ci ildə memar Villiam Periera tərəfindən işlənib hazırlanıb.

 

4. Hollandiyada  Delft Texnologiya Universitetinin kitabxanası 1997-ci ildə tikilib və kitabxanada 862.000 kitab, 16.000 jurnal və muzey var. Kitabxananın görünüşü möhtəşəmdir. Kitabxana yerin altında yerləşir və kənardan faktiki olaraq onu görmək olmur.

 

5. Ştutqart şəhər kitabxanası - Kitabxana Koreya əsilli alman memarı Yi Eun-yonq tərəfindən işlənib hazırlanıb. Binanın layihəsi qədim Roma Pantenonunu xatırladır. Kitabxananın görünüşü pilləli “ürək” formasındadır.

 

6. Sinqapurda yerləşən Bişan ictimai kitabxanası - 4.000 kvadrat metr ərazini əhatə edir. Bina tamamilə şüşə ilə əhatə olunub. Kitabxanada mütailə edən insanları asanlıqla görmək mümkündür. Binanın görünüşdəki rəngarəng çıxıntılar rəfdən çıxarılan kitabı əks etdirir. Həmin çıxıntıların içərisində şəxsi mütailə üçün yerlər ayrılıb.

 

Xəbər lenti