"Təhsil tələbə krediti fondunun məqsədi Azərbaycanda ali təhsilə çıxışı və imkanları artırmaqdır".
Tehsil.biz xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev REAL-a verdiyi eksklüziv müsahibəsində deyib.
O bildirib ki, kredit fondu daha çox o məqsədi daşıyır ki, müəyyən mənada bacarığı, giriş balı çatmayan, lakin, oxumağa can atan tələbəyə imkan yaradır:
"Yaradılan imkanlardan biri də budur ki, tələbə krediti alan şəxsin oxuduğu müddətdə qiymətləri yaxşıdırsa, o tələbə kreditindən azad olunur, yəni, vəsaiti geri qaytarmağa ehtiyacı yoxdur".