Logo

Ağcabədi və Şirvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

16.09.2021 15:56
IMG

Sentyabrın 16-da Ağcabədi və Şirvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Ağcabədi rayon Bayram Muzeyinin inzibati binasında keçirilən Ağcabədi, Ağdam, Füzuli, Laçın, Tərtər və Xocavənd rayonları üzrə  təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva,  10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbər işçiləri, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş nitqi ilə açan Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Əliyev və gənc müəllim Əsmər Mehtiyeva  çıxış ediblər. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxış edən məktəb direktorları ötən tədris ili üzrə əldə olunan uğurlar haqda məlumat veriblər.

Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.  

Xəbər lenti