Kitablar ən qədim dövrlərdən bəri var olan və həyatımızın hər sahəsində ehtiyac duyduğumuz əsərlərdir. Əlindəki hər kitabın tarixi ilə maraqlanan oxucularımız üçün hazırladığımız bu yazıda kitablar haqqında bilinməyən maraqlı məlumatları əldə edəcəksiniz.
Dünyanın ən uzun cümləsi
Fransız yazıçı Viktor Hüqonun 1862-ci ildə qələmə aldığı “Səfillər” romanı dünya klassikasının şedevrlərindəndir . Romantik cərəyanın öncülərindən olan yazıçının eyni adlı əsəri bir çox film və tamaşaya çevrilmişdir. Kitabın üçüncü hissəsində üç səhifə davam edən bir cümlə vardır ki, birnəfəsə oxumaqla bitirmək mümkün deyil. 823 sözdən ibarət olan bu cümlə, indiyə qədər yazılmış ən uzun cümlə olaraq qəbul edilir.
Dünyanın ən kiçik kitabı
Dünyada ən kiçik kitab olaraq qəbul edilən “Dörd fəslin çiçəkləri”, 22 səhifədən ibarətdir. 0.75 x 0.75 millimetrlik ölçüyə malik olan kitab Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Yaponiyadakı “Toppan nəşriyyat” evi tərəfindən nəşr olunan kitab hazırda ölkəmizdə qorunmaqdadır. Əlbəttə ki, bu kitabı oxumaq üçün xüsusi mikroskop və ya lens tələb olunur.
Dünyanın ən uzun romanı
İndiyə qədər yazılmış ən uzun roman 13.095 səhifədən ibarətdir. 1649 və 1653-cü illər arasında çap edilən “Artamène ou le Grand Cyrus” adlı kitab 10 cilddən ibarət olub, ümumilikdə 2 milyona yaxın sözdən ibarətdir. Fransız yazıçlar Scudéry və Georges de Scudéry tərəfindən qələmə alınan əsər bu günə qədər yazılmış ən uzun roman hesab olunur.
Xarici dillərə ən çox tərcümə edilən kitab
Antoine de Saint-Exupéry-in 1943-cü ildə nəşr etdirdiyi “Balaca şahzadə”ni yəqin ki, aramızda oxumayan yoxdur. Bütün zamanların ən çox oxunan və ən yaxşıları arasında özünə yer edən kitab, həmçinin Le Monde-un 1000 kitabı siyahısında da yer almaqdadır. 7-dən 70-ə hər kəsə xitab edən kitab indiyə qədər 253 dil və ləhcəyə çevrilmişdir. “Balaca Şahzadə”ni isə bu yolda başqa bir nağıl kitabı olan Pinokyo izləməkdədir.
Əsərləri ən çox tərcümə edilən yazar- UNESCO-nun hazırladığı siyahıya əsasən, əsərləri ən çox tərcümə edilən yazıçı Aqata Kristidir. Yaratdığı Herkul Puaro xarakteri ilə nəfəsləri kəsən detektiv romanları yazan Kristinin kitabları dünyanın, demək olar ki, hər yerində oxunur. UNESCO-nun 1932-ci ildən bəri ərsəyə gətirdiyi bazaya əsasən, Aqata Kristinin kitablarının 7233 tərcüməsi edilib. Buradakı 7233 sayı çevrilmiş dilləri yox, kitabların neçə fərqli formada çevrilməsini göstərir.
Dünyanın ən bahalı kitabı
İndiyə qədər ən baha qiymətə satılan kitab Leonardo Da Vinçiyə məxsusdur. Da Vinçinin əlyazma kitabı olan “Codex Leicester” Bill Gates tərəfindən 48,4 milyon dollara alınıb. Dünyanın ən böyük dahiləri və elm adamlarından biri olan Leonardo Da Vinçi bu kitabında astronomiya, suyun hərəkəti, hidrologiya və geologiya sahələrində etdiyi araşdırmalardan bəhs etmişdir.
İlk mətbəə
Bir çox yenilik kimi ilk mətbəə də çinlilərin ixtirasıdır Çində yaranmış bu mətbəə ağac oyma və presləmə texnikasına əsaslanırdı. Yəni dünyanın ilk mətbəəsi hər hansı bir mexanikaya əsasən fəaliyyət göstərmirdi. Hərflərdən tək-tək istifadə olunması isə yenə də çinlilər tərəfindən 1040-cı illərdə yaranıb.
Ən uzun vaxtda yazılan kitab
Bizim bir nəfəsdə oxuduğumuz və kaş daha uzun olardı dediyimiz kitabların bəzisinin bir neçə günlük, bəzisinin isə illər çəkən yazılma tarixi vardır. Dünyanın ən uzun müddətdə yazılan kitabı J.R.R.Tolkien-in müəllifi olduğu “Üzüklərin hökmdarı” kitabıdır. Bu kitab nə az, nə çox düz 16 ilə qələmə alınıb.
Ən qısa vaxtda yazılan kitab
Ən uzun vaxtda yazılan kitabı dedik. İndi isə ən qısaya keçək. Ən çox sevilən və oxunan uşaq kitablarından olan “Zolaqlı pijamalı oğlan”, sadəcə 2,5 gündə yazılıbdır. John Boyne tərəfindən qələmə alınan kitab 2,5 gündə tamamlan bu roman indiyədək ən qısa müddətə yazılan romanları siyahısında ilk pilləyə yiyələnib.