Logo

PISA-nın Azərbaycan üzrə nəticələri və onların inkişaf tendensiyaları müzakirə edilib

28.09.2021 12:07 310 baxış
IMG

Sentyabrın 27-də Emin Əmrullayevin iştirakı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development, OECD) Baş katibinin Təhsil siyasəti üzrə xüsusi müşaviri, PISA-Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının (Programme for International Student Assessment)  yaradıcısı və direktoru Andreas Şleyxer ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə əməkdaşlıq perspektivləri, o cümlədən PISA-nın Azərbaycan üzrə nəticələri və onların inkişaf tendensiyaları müzakirə edilib.

Qeyd edək ki, oktyabrın 1-də bir çox qlobal səviyyəli mütəxəssislərin iştirakı ilə keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunda Andreas Şleyxer əsas məruzə ilə çıxış edəcək.

Xəbər lenti