Logo

BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

22.10.2021 08:40 366 baxış
IMG

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov və kafedranın baş laborantı Yeganə Məmmədovanın həmmüəllif olduğu “One-Step Three-Component Synthesis of Spiro Pyrrolidinones via 1,3-Dipolar Cycloaddition” (“1,3-dipolyar tsiklobirləşmə reaksiyası ilə spiropirrolidinonların birmərhələli üçkomponentli sintezi”) adlı məqalə Russian Journal of Organic Chemistry, Vol. 57, 2021, p. 942-949 (İF: 0.723 (2020)) elmi jurnalında dərc edilib.

Tehsil.biz xəbər verir ki, məqalədə ilk dəfə olaraq otaq temperaturunda izatin, benzilamin və α, β-doymamış ketonlar arasında üç kom­po­nentli 1,3-dipolyar tsiklobirləşmə reaksiyası aparılaraq yüksək çıxımla əvəz olunmuş spiro[indol-3,2′-pirrolidin] törəmələri sintez edilib. Bəzi hallarda məhsul olaraq yal­nız bir diastereoizomerin formalaşması aşkar olunub. Reaksiyia izatin və ben­zil­amin­dən azometin ilidin in situ meydana gəlməsi şəraitində yerinə yetirilib. Fərqli regio- və stereoizomerlərin əmələ gəlmə ehtimalı PM7 kvant-kimyəvi hesab­la­ma­lar və NMR spektroskopiyası ilə təhlil edilib.

Məqalənin məzmunu ilə jurnalın veb səhifəsində https://link.springer.com/article/10.1134/S1070428021060099 və Scopus bazasındakı https://www.scopus.com/authid/detail.uri?authorId=35613746000 linkində tanış olmaq olar.

Xəbər lenti