Logo

İctimai Şuraya təkrar seçkilər keçiriləcək

24.11.2021 15:30 101 baxış
IMG

26 noyabr saat 11:00-da Nizami küçəsi 183 ünvanında yerləşən Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuranın boş qalan yerlərinə təkrar seçkilər keçiriləcək. 

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib. 23 noyabr tarixində keçirilmiş seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini  toplayan 5 nəfər üzv seçilib. 

Təkrar seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər lenti