Çin dövlət tərəfindən dəstəklənən özəl şirkət cümə axşamı günü İlon Maskın “Neuralink” startapı tərəfindən hazırlanmış texnologiyaya bənzər beyin çipini təqdim edib.
Tehsil.biz “Global Times” nəşrinə istinadla xəbər verir ki, “Beijing Xinzhida Neurotechnology” şirkəti “Neucyber” adlı beyin-kompüter interfeysi (BCI) implantı hazırlayıb. Yeni implant meymun üzərində sınaqdan keçirilib. Çin şirkəti texnologiyanın müstəqil şəkildə inkişaf etdirildiyini və ölkənin ilk yüksək keyfiyyətli invaziv BCI-yə malik olduğunu bildirib.
“Qichacha” korporativ məlumat bazasına görə, “Xinzhida Neurotechnology” şirkətinin nəzarət səhmdarı Pekin bələdiyyəsinin dövlət aktivlərinin tənzimləyicisidir.
Çinli alimlər və Sinxua agentliyi İlon Maskın beyin çipinin işə salınmasından bəhs etməsə də, bu yeni məhsulun Pekində keçirilən illik texnoloji əsaslı Jonquancun Forumunda nümayişi Çinin “Neuralink” şəbəkəsini ələ keçirmək məqsədini vurğulayır.
Bu proses Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin keçənilki Jonquancun Forumunda BCI texnologiyasını mühüm mütərəqqi inkişaf edən texnologiya kimi təsnif etməsindən sonra başlayıb.