Bakı Mühəndislik Universitetində (BMU) “Maşın öyrənmə və onun real tətbiqləri" mövzusunda seminar keçirilib.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, tələbə və müəllimlərin iştirak etdiyi seminarda Mühəndislik fakültəsinin Kompüter və informasiya texnologiyaları kafedrasının dosenti Hicran Mirzəyeva ingilis dilində məruzə ilə çıxış edib.
Məruzədə maşın öyrənmə anlaşıyı, məlumatlarln toplanması və emalı prosesinin mərhələləri izah edilib, həmçinin nəzarət edilən tədris metodları, maşın öyrənmə alqoritmləri, modelləri, dəstək vektor maşını və s. barədə məlumat verilib.
Bundan əlavə, təqdimatda maşın öyrənmənin tətbiq sahələri, o cümlədən maliyyə, səhiyyə sahələrində bu təcrübədən istifadə, elektron sağlamlıq qeydləri məlumatları əsasında diaqnozun proqnozlaşdırılması, iqlim dəyişmələrinin proqnozlaşdırılması strategiyaları və s. məsələlərə toxunulub.
Çıxışdan sonra mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.