Logo

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

26.04.2024 15:09 210 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş biblioqrafı dosent Şəhla Tahirqızı və Komplektləşdirmə şöbəsinin rəhbəri Gülnar Məmmədova Rusiya Dövlət Kitabxanasında keçirilən “Rumyantsev oxuları - 2024” adlı beynəlxalq elmi-praktik konfransda onlayn iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

Bir sıra xarici kitabxanaların, arxivlərin, muzeylərin, universitetlərin, elmi-tədqiqat institutlarının, nəşriyyatların mütəxəssislərinin, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin də qatıldığı tədbirdə MEK əməkdaşları “Miniatür kitab AMEA Mərkəzi Elmi Kitabxanasının nadir və qiymətli inciləri kimi” mövzusunda məruzə ilə çıxış ediblər.

Konfransda kitabxanaşünaslığın nəzəriyyəsi və təcrübəsi, biblioqrafiya elmi, kitabxana fəaliyyətinin aktual sahələrinə dair geniş spektrli məsələlərə baxılıb. Həmçinin konfransda dünya mədəni irsinin qorunub saxlanılması və öyrənilməsi, o cümlədən müasir tarixi mərhələdə kitabxanaların fəaliyyət problemlərinə diqqətin cəlb edilməsi, mədəni irsin perspektivli yollarının axtarılması, mədəniyyət, təhsil, elm müəssisələri arasında qarşılıqlı əlaqənin və əməkdaşlığın inkişafı, genişləndirilməsi məsələləri müzakirə edilib.

Xəbər lenti