Gəncə Dövlət Universitetində (GDU) Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün fənn olimpiadası təşkil edilib.
Bu barədə "Tehsil.biz"ə GDU-dan bildirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan olimpiada Azərbaycan dili və Ədəbiyyat fənni üzrə keçirilib.
Olimpiadada Gəncə şəhərinin 40, Samux və Göygöl rayonlarının 30-a yaxın orta məktəbindən 300 şagird iştirak edib. Olimpiadanın sonunda şagirdlərə universitetdə tədris olunan ixtisaslar, fakültələr, GDU-nun beynəlxalq əlaqələri, Tələbə Evi haqqında ətraflı məlumat verilib. Universitetin fəaliyyətinə dair məlumat kitabçası paylanılıb.