Logo

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

06.05.2024 13:27 170 baxış
IMG

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, təhsilverənlər sənəd yoxlanışına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının əslini təqdim etməlidirlər.

Qeyd edək ki, sənəd yoxlanışı mayın 14-15-də Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 71 ünvanında təşkil olunacaq.

Müəllimlər şəxsi səhifələrində qeyd olunan tarixdə sənəd yoxlanışında iştirak etmədiyi halda tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq.

Xəbər lenti