Logo

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

06.05.2024 16:22 195 baxış
IMG

Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə mayın 8-də “Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanı üçün bəzi sual nümunələrinin izahı” mövzusunda növbəti vebinar keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, vebinarda spiker qismində Bakı Slavyan Universiteti nəzdində Məktəb Lisey Kompleksinin alman dili müəllimi Qırçın Mehdiyeva çıxış edəcək.

Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti