Logo

ARTİ-də doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü keçiriləcək

06.05.2024 17:41 186 baxış
IMG

Təhsil İnstitutu mayın 8-də doktoranturaya və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün “Açıq qapı” günü keçirəcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd sənəd qəbulu və ixtisas seçimi mərhələsində iddiaçıları maraqlandıran suallara cavab vermək və düzgün istiqamət göstərməkdir.

İddiaçıların suallarını institutun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri professor Hümeyir Əhmədov və şöbənin əməkdaşı Aynur Əlimuradova cavablandıracaq.

“Açıq qapı” günü Afiyəddin Cəlilov 86 ünvanında - institutun əsas binasında, 3-cü mərtəbədə akt zalında olacaq.

Xəbər lenti