Logo

AZƏRTAC-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib

03.05.2024 22:04 319 baxış
IMG

Nazirlər Kabinetinin “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” qərarına dəyişiklik edilib.

Tehsil.biz xəbər verir ki, qərara əsasən, indiyə qədər gecə vaxtı və çoxnövbəli iş rejiminin axşam və gecə növbəsində yerinə yetirilən işin hər saatına görə işçiyə ödənilən əlavə haqq AzərTAc-ın işçiləri üçün saatlıq tarif (vəzifə) maaşının müvafiq olaraq 30 faizi və 60 faizi həddində müəyyən olunurdu.

Dəyişikliyə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 30 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 30 faizi, gecə növbəsində isə 60 faizi həddində əlavə haqq müəyyən ediləcək.

Başqa sözlə, AzərTAc-da çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 30 faizi həddində müəyyən olunacaq.

Xəbər lenti