Ötən gecə paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında avtomobil iki qadını vurub.
"Tehsil.biz"in məlumatına görə, nəticədə onlardan biri dünyasını dəyişib.
Məlumata görə, qəzada vəfat edən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva təhsil sahəsində tanınmış şəxs olub.
Belə ki, uzun illər pedaqoji fəaliyyət göstərmiş G.Əfəndiyeva 2012-2024-cü illərdə Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl vəzifədən azad edilibmiş.
Qəzada ağır xəsarət alan Kəmalə Bağırovanın da həmin təhsil kompleksində çalışdığı bildirilir.