Logo

Ramin Məmmədov Argentinanın etiqad işləri üzrə katibi ilə görüşüb

04.05.2024 10:36 215 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Ramin Məmmədov Argentinanın etiqad işləri üzrə katibi Fransisko Sançez ilə görüşüb.

Komitədən "Tehsil.biz"ə bildirilib ki, ölkə rəhbərliyinin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti barədə qonağa ətraflı məlumat verən Ramin Məmmədov Azərbaycanın multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, cəmiyyətdə sülhün bərqərar olması üçün sözügedən istiqamətlərdə birgə əməkdaşlıq və dialoq çox önəmlidir. Azərbaycan bu qlobal məsələnin ümumbəşəri mənafelərə uyğun həllinə öz töhfəsini verir.

Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətinə diqqət çəkən R.Məmmədov işğaldan azad olunan torpaqlarımızda dağıdılan və yer üzündən silinən tarixi-dini abidələrdən, həmçinin hazırda aparılan bərpa-quruculuq işlərindən bəhs edib.

Fransisko Sançez öz növbəsində çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycanda tolerantlığın, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi dəyərlərin qorunub saxlanılmasını, eləcə də təbliğini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Xəbər lenti